EN

ÇL: Hakim meydançada göz yaşlarına boğuldu

Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçirilən “Aston Villa” - “Leypziq” matçında gözlənilməz hal baş verib.

Apasport.az xəbər verir ki, görüşün final fitindən dərhal sonra yan hakim Alessandro Qalyatini göz yaşlarına boğulub.

“Leypziq”in baş məşqçisi Marko Roz hakimin yanına gedərək onu qucaqlayıb və təsəlli verməyə çalışıb.

"Leypziq"in baş məşqçisi Alessandro Qalyatininin göz yaşlarının səbəbini belə açıqlayıb:

"Ondan nə olduğunu soruşdum. Dedi ki, 49 yaşı var və bu gün son matçına çıxıb. Ona forma hədiyyə etdik".

Qeyd edək ki, görüş “Aston Villa”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mbappe “50”yə çatdı

“Fiorentina"nın futbolçusunun ürəyinə defibrilyator quraşdırılıb

Lukas Ernandesin evinə hücum edilib

“Qalatasaray”da yeni müqavilə - RƏSMİ

Türkiyədə ən çox axtarılan futbolçu bəlli olub

Chosen
64
3
apasport.az

10Sources