EN

Kabildə partlayış - nazir həlak oldu

“Taliban” radikal hərəkatı tərəfindən formalaşdırılan Əfqanıstan hökumətinin qaçqınlarla iş üzrə naziri Xəlil ur-Rəhman Həqqani Kabildə nazirliyin binasında baş verən partlayış nəticəsində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS "Al Jazeera" telekanalına istinadən məlumat yayıb.

"Əfqanıstanın qaçqınlarla iş üzrə naziri Xəlil Həqqani Kabilin mərkəzində nazirlik binasında baş verən partlayış nəticəsində həlak olub", - məlumatda bildirib.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Chosen
11
3
bakivaxti.az

4Sources