EN

Başqasının geyimini, paltarını geyinmək olarmı?


Başqasının istər üst, istər alt geyimi, istər ayaqqabısını hətta müvəqqəti geyinmək insana necə təsir edə bilər?


“Medicina” xəbər verir ki,dermatoveneroloq, dosent Tatyana Qaydinabaşqasının əşyası və geyimindən istifadə zamanı hansı xəstəliklərə yoluxmaqdan danışıb.


“İlk növbədə bu qoturluq ola bilər. Ən çox yoluxucu dermatoz olan qoturluq hətta xəstənin əşyasına toxunmaqla da keçir.


Qoturluğun səbəbi mikroskopik Sarcoptes scabiei gənələrdir. Qoturluq pinti adamların xəstəliyi deyil, hətta ən təmizkar insana belə keçə bilər. Çünki çox gizli gedir.


Eləcə də göbələk xəstəlikləri- onixomikozlar ev başmağı, tərlik, ayaqqabı və digər geyimlərlə, eləcə də dar, sıx, nəm paltardan dəri səthinə keçir.

Əsasən əl, ayaqda, barmaqlarda, dırnaq minasında yayılır.

Əgər dəridə mikroçatlar varsa, ordan qızılı stafilakokk da keçə bilər.

Stafilakokk qanı də zədələyir, eləcə də xroniki, daha çətin sağalan dermatozlara səbəb olur.

Xüsusi risk qrupunda hamilələr, uşaqlar və yaşlılardır. Məktəb və bağçalarda əşyaların və geyimlərin ötürülməsində risk artır. Əgər kiminsə geyimini mütləq geyinməlisizsə, o zaman yuyub ütüləyin.

Xəstəlikdən sonra geyimlərinizi kimyəvi təmizləməyə verin, çünki gənələr hələ də orda yaşaya bilər”.


Aygün Musayeva

Chosen
34
2
medicina.az

3Sources