EN

Şirkətlə vergi orqanı arasında 62 minlik mübahisə

"Softinjinirinq" şirkəti Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib. 

Valyuta.az xəbər verir ki, şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. 

Miminat Hacıbəyova iş üzrə hakim təyin edilib. 

Məhkəmə çəkişməsi vergi məsələləri ilə bağlıdır. 

Araşdırmalarımız zamanı məlum olub ki, "Softinjinirinq" şirkətinə 62 168,96 manat vergi borcu hesablanıb. Şirkət bu məbləğlı razılaşmadığından məhkəməyə müraciət edib.

Hüseyn

Chosen
9
valyuta.az

1Sources