EN

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun iclası keçirilib

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın SəhiyyəNazirliyinin rəhbərlik etdiyi “Səhiyyə sistemi” işçi qrupunundekabrın 11-də növbəti iclası keçirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə AzərbaycanRespublikası Prezidenti Administrasiyası, Səhiyyə Nazirliyi, İcbariSığorta üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmək vəƏhalinin Sosial Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, DövlətStatistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi(İİTKM), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Tibbi ƏraziBölmələrinin İdarəetmə Birliyinin (TƏBİB), həmçinin SəhiyyəNazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Biznes Mühitivə Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçiqrupunun məsul şəxsləri iştirak ediblər.

Səhiyyə nazirin müavini Rasim İsmayılovun sədrliyi ilə keçiriləniclasın gündəliyində işçi qrupun yeni üzvlərinin təqdim olunması,Fəaliyyət Planı üzrə icra edilən işlərin təhlili, əvvəlki görüşünnəticələrinə dair protokolun Qərar hissəsindəki tapşırıqlarınvəziyyəti barədə müzakirələrin aparılması yer alıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadisiyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatlarınmonitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiriVüsal Şıxəliyev iclas zamanı müzakirə edilən tədbirlərin profilstrukturlarına müvafiq rəy və təkliflərin verilməsində aparılanişlərin səmərəliliyi baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərənəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova nazirlik tərəfindənuşaqların immunoprofilaktikası sahəsində görülən işlərə dairməlumatları təqdim edib.

İclasda, həmçinin TƏBİB-in Həssas əhali qrupları ilə işdepartamentinin Dövlət proqramları şöbəsinin müdiri SəkinəQurbanovanın, İİTKM-nin Monitorinq və qiymətləndirmə söbəsininmüdir müavini Səbinə Cumazadənin və digər iştirakçıların çıxışlarıdinlənilib.

Təqdimatlardan sonra İşçi qrupun üzvləri arasında müzakirələraparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha daartırılması istiqamətində tövsiyələr verilib.

İclasın yekunlarına əsasən, 2025-ci ildə “Səhiyyə sistemi” İşçiQrupunun iclaslarında müzakirə olunacaq məsələlər və növbətiaddımlar müəyyənləşdirilib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın“Səhiyyə sistemi” işçi qrupununa rəhbərliyi Səhiyyə Nazirliyihəyata keçirir.

Biznes
Biznes
Məqalədə:
Chosen
41
2
az.trend.az

3Sources