EN

Politoloq: "Minsk qrupu heç bir halda fəaliyyətə davam edə bilməz"

"Ermənistan çalışır ki, ATƏT-in Minsk qrupundan bundan sonra da özünün siyasi məqsədləri üçün istifadə etsin. Nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk qrupu deyə bir təşkilat artıq mövcud deyil. 

Azərbaycan torpaqlarının 30 il işğalda olduğu dövrdə qrup yarıtmaz fəaliyyət göstərib. Sülhün və beynəlxalq hüququn əldə edilməsinə heç bir töhfə verməyib".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. 

Onun sözlərinə görə, Azərbaycanın indiki ərazi bütövlüyü beynəlxalq hüquq tərəfindən tanınır:

"ATƏT-in Minsk qrupunun işi həmin hüququ təmin etmək idi. Heç bir işə yaramayan qrupun ərazi bütövlüyümüzü bərpa etdikdən sonra mövcudluğuna ehtiyac yoxdur. Azərbaycan Ermənistana rosional təklif edərək bu qrup kimi şər yuvasının mövcudluğunun dayandırılmasının labüd olduğunu bildirib".

Politoloq qeyd edib ki, Ermənistan hər bir məsələdə kompromisdən, sülhdən, etimaddan, dialoqdan uzaqdır:

"Ermənistan və onun havadarları bu mövzuda da iyrənc siyasətlərini davam etdirirlər. Hamıya aydındır ki, onların arasında çəkişmələrə səbəb təkcə Azərbaycanın torpaqlarını azad etməsi deyil. Rusiya-Ukrayna müharibəsinə görə Rusiya, Fransa və ABŞ arasında dərin ixtilaflar var. Fransa həm də birmənalı şəkildə Ermənistanı dəstəkləyən ölkədir. ATƏT-in Minsk qrupu bundan sonra heç bir halda fəaliyyətə davam edə bilməz. Ermənistan bundan sonra da hansısa manipulyasiyaya əl atsa, heç bir mənası olmayacaq".


Əfsanə Kamal
Demokrat.az
Chosen
23
demokrat.az

1Sources