Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Avropa ölkələri bir-birinin ardınca suriyalı qaçqınların sığınacaq müraciətlərinin qəbulu prosesinin dayandırıldığını açıqlayıb.
Gundem.az xəbər verir ki, 87 min suriyalının sığınacaq tapdığı Avstriya qaçqın suriyalıların işlərinə yenidən baxmağı planlaşdırır.
3 milyona yaxın suriyalını qəbul edən Türkiyədən Suriyaya artıq köç başlayıb. Suriyadakı dramatik hadisələrin fonunda Almaniya Daxili İşlər Nazirliyi 974 mindən çox Suriya vətəndaşı ilə bağlı qərar verməyə çağırıb. Almaniyadakı növbədənkənar seçkilər öncəsi seçki kampaniyasının əsas mövzularından biri də qaçqın suriyalıların vətənlərinə geri qaytarılmasıdır.