EN

Ərdoğanın baş müşavirindən eksklüziv açıqlama: İstanbula gəlirlər

Yaxın günlərdə Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş olacaq.

Bunu Teleqraf.com-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu deyib.

O söyləyib ki, bu formatı Ukrayna Prezidenti Volodimir Zelenski də qəbul edir.

Baş müşavir vurğulayıb ki, Ankaranın mövqeyi əldalətli sülhün əldə edilməsidir.

Yalçın Topçunun fikrincə, ən pis halda müharibə tərəflərin hazırda dayandıqları mövqelərdə dondurulmalıdır.

Xatırladaq ki, bundan əvvəl tərəflər arasında son görüş 2022-ci ilin martında İstanbulda baş tutub.

Yalçın Topçunun Teleqraf.com-a geniş müsahibəsi sabah yayımlanacaq.


Müəllif: Məlik Məlikov
Chosen
27
11
teleqraf.com

10Sources