"Zirə" ilə oyunda zədələnərək meydanı erkən tərk edən "Kəpəz"in futbolçusu Paçu Lira MRT müayinəsindən keçirilib.
"Football-plus.az" xəbər verir ki, hücumçuda ciddi bir şey aşkarlanmayıb.
Yüngül formada əzələ dartılması olan Paçu bu gün fərdi halda məşq edəcək. Sabahdan isə kollektiv məşqlərə qoşulacaq.
Qeyd edək ki, "Kəpəz" Misli premyer-liqasının 17-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq. Qarşılaşma 15 dekabr tarixində "Neftçi Arena"da baş tutacaq.