EN

Vüsalə Hüseynli: "İnsan alveri qurbanlarının sayı artıb, uşaq alveri narahatedici dərəcədə yüksəlib"

"BMT-nin insan alveri ilə bağlı yaydığı hesabata əsasən insan alveri qurbanlarının sayı 2019 -cu illə nisbətdə 2022–ci illə müqayisədə 25 %, 2020-ci illə müqayisədə 43%artlb. Ekspertlərin fikrincə insan alveri qurbanlarının sayının artmasının əsas səbəbləri yoxsulluq, hərbi münaqişələr və iqlim dəyişikliyinin fəsadlarıdır".

QHT.az xəbər verir ki, bu sözləri “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib. QHT sədri qeyd edib ki, hesabata görə, 2022-ci ildə 128 ölkədən 162 millətin təmsilçisi insan alveri qurbanı kimi satılıb:

"Hesabata görə insan alveri qurbanı satılan ölkələr sırasında ilk yeri Şimalı və Cənubi Afrika ölkələri, Saxaranın cənubları 31% tutur. İkinci yerdə 27%-lə Avropa ölkələri gəlir. Belə ki ölkədən satılmaq üçün çıxarılan insanların 12%-i Mərkəzi və Cənubi-Şərqi Avropa ölkələrini əhatə edir. Uşaq alveri ilə bağlı da vəziyyət o qədər əla deyil. Uşaq alveri ilə bağlı da vəziyyət o qədər əla deyil. 2022-ci ildə uşaq alverində 2019-cu illə müqayisədə 31%-dən çox artım olub. Satılan qurbanların 38% qız uşaqları təşkil edir və bu qızların satışının əsasən gəliri yüksək olan ölkələrə esildiyi hesabatda qeyd olunub. Ümumilikdə isə qadın və qızların insan akvero qurbanı kimi satılması 61% təşkil edib. Rəqəm olduqca yüksəkdir. Oğlanların satışı isə əsasən qul əməyi kimi 45% təşkil edib".

 

Pərvanə Fərhadqızı

Chosen
31
qht.az

1Sources