“Mercedes-Benz”in EQE modelinin Çində satışlarının demək olar ki, sıfıra enməsi, markanın elektrikli avtomobil bazarında hansı çətinliklərlə üzləşdiyini təəccüblü şəkildə ortaya qoyur.
İndex.az xəbər verir ki, 2024-cü ilin oktyabrında 50 faizə qədər endirimlərə baxmayaraq, “Mercedes” EQE-nin Çində heç satılmaması dünyanın ən böyük avtomobil bazarlarından birində tarixi uğursuzluq kimi qeydə alınıb.
Üstəlik, şirkət bu modeli cəlbedici etmək üçün onun qiymətinə 50 faizə qədər endirimlər də təklif edib. Lakin bu addım dünyanın ən böyük avtomobil bazarlarından biri olan Çində gözlənilən cavabı almadı.
Çin, elektrikli nəqliyyat vasitələrinin (EV) sürətlə qəbul edildiyi və geniş yayıldığı bir bazar olaraq seçilir. Ölkənin yerli brendləri olan BYD və Nio nəinki böyük bazar payına malikdirlər, həm də texnologiya, dizayn və iqtisadi səmərəlilik baxımından standartlar müəyyən edirlər. Bu çətin mühitdə “Mercedes-Benz” kimi xarici lüks markalar, xüsusən də premium elektrikli avtomobil seqmentində rəqabət aparmaqda çətinlik çəkirlər.
“Mercedes” EQE, Çindəki “Tesla Model S” kimi modellərlə birbaşa rəqabət aparmaq üçün yerləşdirildi. Bununla belə, bu strategiya Çinli istehlakçılara istənilən təsirini göstərə bilmədi. İş o yerə çatdı ki, böyük endirimlərə baxmayaraq, modelin satış göstəriciləri demək olar ki, sıfır səviyyəsində qaldı. Şirkət sözün əsl mənasında Çində yaşamaq üçün mübarizə aparır.
Bu uğursuzluğun səbəbləri olduqca müxtəlifdir… “Mercedes-Benz”in ənənəvi dəbdəbəli anlayışı elektrik avtomobillərə gəldikdə o qədər də təsirli görünmür.
Çinli istehlakçılar bu seqmentdə innovasiya, texnologiya və brend xüsusiyyətlərinə daha çox diqqət yetirirlər. Bundan əlavə, EQE-nin dizaynı və xüsusiyyətləri yerli istehlakçıların zövqünə uyğun gəlməyə bilər. Çin bazarında daha cəsarətli və innovativ dizaynlara daha çox üstünlük verilir.