EN

İntensiv şaftalı bağlarına görə fermerlərə birdəfəlik əkin subsidiyası veriləcək

Bakı, 11 dekabr, AZƏRTAC

2024-cü ilin 1 sentyabr tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi zonalarına daxil rayonlarda salınacaq intensiv şaftalı (nektarin) bağlarının hər hektarına görə fermerlərə 4000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu subsidiya ən azı 3 hektar sahədə salınmış, hər hektarda minimum 650 ting əkilmiş, damcı suvarma sistemi ilə təmin olunmuş şaftalı (nektarin) bağlarına şamil edilir.

Chosen
44
2
azertag.az

10Sources