Paytaxtın mərkəzi küçələri də daxil olmaqla əksər qəsəbələrdə sahibsiz itlərin sayı günü-gündən artır. Hətta parklarda belə çoxlu sayda sahibsiz itlərə rast gəlinir. Son zamanlar şahidi olduğumuz hadisələr onu deməyə əsas verir ki, Bakıda sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib.
Belə təhlükəli hadisədən biri də Xətai rayonu Gəncə prospektində 233 nömrəli uşaq baxçasında yaşanıb.
233 nömrəli uşaq baxçasında qaçqınlar yaşayır. Bu ərazidə yaşayanlar sahibsiz itlərdən əziyyət çəkirlər. Əhali şikayət etsələrdə onların şikayətinə baxılmayıb. Bu günlərdə məktəbdən gələn uşağı it dişləyib. Uşağı xəstəxanaya çatdırıblar. 5 dənə iynə vurulub uşağa
News365.az fotonu təqdim edir:
Vəfa Vəliyeva, News365.az