EN

Əfqanıstanda törədilən partlayış nəticəsində "Taliban" hökumətinin naziri ölüb

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində "Taliban" hökumətinin qaçqınlar üzrə naziri Xəlil Rəhman Haqqani həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Bildirilib ki, partlayış Qaçqınlar Nazirliyində baş verib və hadisə vaxtı Xəlil Rəhman Haqqani də orada olub.

Hələlik hadisəni təfərrüatı barədə məlumat verilmir.

Məlumat üçün əlavə edək ki, həyatını itirən Xəlil Rəhman Haqqani Əfqanıstanın daxili işlər naziri və "Taliban"ın ali lideri hesab olunan Heybətulla Axundzadənin "sağ əli" hesab olunan Siracəddin Haqqanin yaxın qohumudur.

Chosen
33
4
sitat.info

5Sources