EN

Beş yaşlı Xanımın anası: "Müalicəni qarşılamaq üçün yoldaşımın üzüyünü də satmışam"

Beş yaşlı Xanımın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Günel Əliyeva məlumat verib.

O bildirib ki, övladının ciyərində pnevmoniya var.

"Xanımın beş yaşı var, artıq bir ilə yaxındır ki, o, ciyərindəki pnevmaniyaya görə müalicə alır. Müalicələrdən sonra onun səhhəti yaxşıya doğru gedir. Həkimlər övladımın müalicəsini davam etdirməli olduğunu, müalicəni saxlasaq, xəstəliyin daha da ağırlaşa biləcəyini deyirlər.

Gənc ana övladını təkbaşına böyütdüyünü deyib.

"Xanımın atası onun iki yaşı olanda vəfat edib. O gündən ona tək baxıram. Özüm marketlərdən birində satıcı işləyirəm. Həm kirayə, həm uşağın müalicəsini qarşılamaq, inanın, mənim üçün çox ağırdır. Bu bir il ərzində yoldaşımdan yadigar qalan üzüyə qədər satmışam. Hazırda qızımın müalicəsi üçün 340 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (077) 532-82-66.

Uni Bank: 5243 7544 4295 6452.

Chosen
38
2
hakimiyyet.az

10Sources