EN

Pirotexniki vasitələr yanğına səbəb ola bilər?

Hər il bayram ərəfəsində pirotexniki vasitələrin, fişənglərin və digər partlayıcı vasitələrin ölkə ərazisində müxtəlif yollarla satışına rast gəlinir.

Eləcə də küçələrdə, məhəllələrdə pirotexniki vasitələrin səsi insanların narahatlığına səbəb olur. 

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Hit.az-a deyib ki, pirotexniki vasitələr mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısı haqqında qanunda öz əksini tapan, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Bu vasitələrin  ölkə ərazisinə keçirilməsi, istifadəsi və satışı yalnız xüsusi icazə əsasında olmalıdır:

 “Nə qədər tədbirlər görülsə belə yenə də bazarda pirotexniki vasitələrin satışına və istifadəsinə rast gəlinir. Bunlar onu göstərir ki, insanlar bu cür vasitələrin ölkəyə keçirilməsi üçün hər cür vasitədən istifadə edirlər.  Yüksək səs-küylə müşahidə olunan pirotexniki vasitələrin, fişənglərin istifadəsi zamanı ictimai asayiş pozulur, insanlarda və xüsusən də uşaqlarda, qocalarda və xəstələrdə ciddi narahatçılıq yaradır.Nəzərə almaq lazımdır ki, uşaqların pirotexniki vasitələrdən istifadəsi özlərinə, ailə üzvlərinə və digər şəxslərə xəsarət yetirilməsinə, əmlakın sıradan çıxmasına və ən başlıcası yanğın təhlükəsinə səbəb ola bilər. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar”. 

Sevinc

Chosen
28
2
hit.az

3Sources