EN

Qanunsuz silah gəzdirməkdə ittiham olunan şəxsə hökm oxunub

Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Rza Səfərsoyun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rza Səfərsoy 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Dövlət ittihamçısı Rza Səfərsoyun 3 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə ittiham irəli sürülüb.

Chosen
30
8
avtosfer.az

10Sources