EN

​Vergi müfəttişləri “Adidas”ın əsas ofisində axtarış aparıblar

Vergi müfəttişləri Almaniyanın idman avadanlıqları istehsalçısı “Adidas” şirkətinin Herzoqenauraxdakı əsas ofisində axtarış aparıblar. Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Bildirilib ki, ofisdə gömrük və vergi qaydalarına uyğunluq üzrə axtarışlar aparılıb.Şirkət qeyd edib ki, Almaniya və Avropa qanunlarının müxtəlifliyi ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün lazımi məlumat və sənədlər təqdim edilib. Məlumata görə, Alman müfəttişlərinin araşdırması 2019-2024-cu ili əhatə edir. Bildirilir ki, vergi müfəttişləri və gömrük işçiləri Herzoqenauraxdakı qərargahlara, Frankoniyadakı Şeynfeld fabrikinə və Osnabrück yaxınlığındakı logistika mərkəzinə basqın ediblər.

Alman mətbuatının yazdığına görə, dünyanın ikinci ən böyük idman malları şirkəti olan Adidas Almaniyada demək olar ki, istehsalla məşğul deyil. Ayaqqabı və tekstil məhsullarının əksəriyyəti Çin, Vyetnam və Banqladeş kimi Asiya ölkələrindəki subpodratçılar tərəfindən istehsal olunur.

Chosen
36
metbuat.az

1Sources