EN

PUA hucumu ilə bağlı Soçi hava limanı işini dayandırıb

Qara dəniz üzərində iki pilotsuz uçuş aparatı məhv edilib.

Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev bildirib.

Onun sözlərinə görə, şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.

“PUA-ların dəniz üzərində və yüksək hündürlükdə vurulmasına baxmayaraq, sizdən sakit olmağınızı və təhlükəsiz yerlərdə qalmağınızı xahiş edirəm”, – qubernator əhaliyə müraciət edib.

Uçuşların təhlükəsizliyini təmin etmək üçün Soçi hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Soçi hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir.

Chosen
8
8
azpost.info

9Sources