EN

Dünya yeni pandemiyaya hazır deyil

“Dünya yeni pandemiyaya hÉ™m hazırdır, hÉ™m dÉ™ hazır deyil”.

 

Modern.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 2024-cü ildə səhiyyə sahəsində baş verən qlobal hadisələr və gələcək perspektivlər barədə BMT-nin Cenevrə ofisində jurnalistlərə açıqlamasında deyib.

 

O, səhiyyə sahəsində əldə olunan uğurlardan bəhs edərək, 2024-cü ildə doqquz ölkənin bəzi xəstəliklərdən tamamilə azad olunduğunu, Afrikanın 17 ölkəsinə 12 milyondan çox malyariya peyvəndinin çatdırıldığını və 150 ölkədə siqaret istifadəsinin azaldığını vurğulayıb. Bildirib ki, bu nailiyyətlər səhiyyə siyasətinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir.

 

ÜST-ün baş direktoru Qəzza, Sudan və Ukraynada davam edən münaqişələrin səhiyyə infrastrukturuna ciddi zərbə vurduğunu bildirib. Təşkilatın qeydlərinə əsasən, son bir il ərzində səhiyyə xidmətləri 1370 dəfə hücuma məruz qalıb. Nəticədə 805 nəfər həlak olub, 1545 nəfər isə yaralanıb. Suriyada isə Hələb və İdlib şəhərlərində səhiyyə müəssisələrinə qarşı 19 hücum baş verib. Bu hücumlar səhiyyə sisteminə ağır zərbə vurub, nəticədə səhiyyə xidmətlərinin göstərilməsi məhdudlaşıb.

 

O, Suriyadakı inkişafın müəyyən ümid doğurduğunu bildirsə də, məcburi köçkünlərin və ölkəyə qayıdan insanların səhiyyə sisteminə yeni yük gətirdiyini qeyd edib. Suriyada xəstəxanaların üçdə ikisinin fəaliyyətsiz olması ölkədə səhiyyə xidmətlərinin keyfiyyətini müəyyən dərəcədə aşağı salıb.

 

T.A.Qebreyesus yeni pandemiyanın ortaya çıxması ehtimalının yüksÉ™k olduÄŸunu vÉ™ dünyanın bu tÉ™hlükÉ™yÉ™ tam hazır olmadığını vurÄŸulayıb. Onun sözlÉ™rinÉ™ görÉ™, COVID-19 pandemiyasından öyrÉ™nilÉ™n dÉ™rslÉ™rÉ™ baxmayaraq, bÉ™zi zÉ™ifliklÉ™r hÉ™lÉ™ dÉ™ mövcuddur: “Bu zÉ™ifliklÉ™rin aradan qaldırılması mÉ™qsÉ™dilÉ™ Dünya Bankı vÉ™ ÃœST-ün Pandemiya Fondu yaradılıb. Bununla yanaşı, yerli dÉ™rman vÉ™ peyvÉ™nd istehsalına üstünlük verilmÉ™si kimi təşəbbüslÉ™r hÉ™yata keçirilir. Lakin dünya É™halisinin yarısının É™sas sÉ™hiyyÉ™ xidmÉ™tlÉ™rinÉ™ çıxışı yoxdur vÉ™ 2 milyard insan sÉ™hiyyÉ™ xÉ™rclÉ™rinÉ™ görÉ™ maliyyÉ™ çətinliyi yaÅŸayır. Qlobal sÉ™hiyyÉ™ sistemindÉ™ davamlı islahatlar zÉ™ruridir”.

 

ÃœST rÉ™smisi dünyada yeni vÉ™ mövcud yoluxucu xÉ™stÉ™liklÉ™rin yayılma vÉ™ziyyÉ™ti barÉ™dÉ™ dÉ™ mÉ™lumat verib. O, Afrikada “M-pox” virusunun, Ruandada Marburq virusunun vÉ™ quÅŸ qripinin yayılma hallarını xüsusi qeyd edib. HÉ™mçinin Ruandada baÅŸ verÉ™n namÉ™lum xÉ™stÉ™liklÉ™ baÄŸlı narahatlığını ifadÉ™ edÉ™rÉ™k, 416 yoluxma halından 31-nin ölüm ilÉ™ nÉ™ticÉ™lÉ™ndiyini, ölÉ™nlÉ™rin É™ksÉ™riyyÉ™tinin 14 yaÅŸdan kiçik uÅŸaqlar olduÄŸunu bildirib. Bundan baÅŸqa, vÉ™ba vÉ™ qızılca hallarının artması, 1990-cı ildÉ™n etibarÉ™n böyüklÉ™r arasında ÅŸÉ™kÉ™rli diabetÉ™ tutulma hallarının dörd dÉ™fÉ™ artması da qlobal sÉ™hiyyÉ™ sisteminin üzləşdiyi çağırışlar sırasındadır.

 

T.A.Qebreyesus COVID-19 virusunun keçmişdə qalmadığını vurğulayıb. 2024-cü il ərzində hər həftə orta hesabla 1000 nəfərin COVID-19 səbəbilə həyatını itirdiyini və son beş ildə dünyada ümumilikdə 7 milyon insanın bu xəstəliyin qurbanı olduğunu bildirib.

Chosen
72
7
modern.az

9Sources