Bu ilin 1 sentyabr tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi zonalarına daxil olan rayonlarda salınacaq intensiv ərik və şaftalı (nektarin) bağlarının hər hektarına görə fermerlərə 4 min manat birdəfəlik əkin subsidiyası ödəniləcək.
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, subsidiyanın verilməsi fermerlərin həmin bağlara görə çəkdiyi xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanması məqsədi daşıyır.
Bu subsidiya ən azı 3 hektar sahədə salınan, hər hektarda minimum 650 ting əkilən və damcı suvarma sistemi ilə təmin olunan bağlara şamil edilir.