EN

Pulsuz “Wi-Fi”ya qoşulanlar DİQQƏT: Kartdakı pullarınızı oğurlana bilər

Pulsuz Wi-Fi şəbəkələri geniş istifadə olunur, insanların internetə sürətli və sərfəli şəkildə qoşulmasına imkan yaradır. Bu kimi internetlərə Dənizkənarı Bulvar ərazisində, ADY qatarlarında və bir çox ictimai nəqliyyatda rast gəlmək olar. 

KONKRET.az xəbər verir ki, bu cür şəbəkələr ciddi təhlükəsizlik riskləri ilə yanaşı istifadəçilər müxtəlif kiberhücumlar və məlumatların sızması kimi problemlərlə qarşılaşa bilər.

Bəs pulsuz Wi-Fi şəbəkələrinin yaratdığı təhlükələr nələrdir?

Şifrlənməmiş pulsuz Wi-Fi şəbəkələri kiberhakerlər üçün çox əlverişli olur. Hakerlər şəbəkəyə qoşulan istifadəçilərin göndərdiyi məlumatları izləyərək şəxsi məlumatları, parolları və bank məlumatlarını ələ keçirə bilərlər.

Digər hücum növü isə hakerlər istifadəçinin cihazı ilə internet arasında araya girir və məlumatları ələ keçirir. Şəbəkə üzərindən göndərilən həssas məlumatlar, məsələn, kredit kartı nömrələri və şifrələr, hakerlərin əlinə keçə bilər.

Pulsuz Wi-Fi şəbəkələrinə qoşularkən istifadəçilər zərərli proqramlar və viruslarla yoluxa bilərlər. Hakerlər şəbəkə üzərindən cihazlara zərərli proqramlar göndərərək istifadəçilərin məlumatlarını oğurlaya bilər.

Bəs hesablarımızı qorumaq üçün həmin internetden necə istifadə edək?

Pulsuz Wi-Fi şəbəkələrində daha təhlükəsiz internet bağlantısı əldə etmək üçün Virtual Private Network (VPN) istifadə etmək tövsiyə edilir. VPN istifadəçilərin internet bağlantısını şifrələyərək məlumatlarını qorumağa kömək edir. İstifadəçilər yalnız tanınmış və etibarlı şəbəkələrə qoşulmalıdır. Hakerlər saxta Wi-Fi şəbəkələri quraraq istifadəçiləri aldatmağa çalışa bilər.

Hesabların təhlükəsizliyini artırmaq üçün iki faktorlu autentifikasiyanı aktivləşdirmək vacibdir. Bu, istifadəçilərin məlumatlarının oğurlanmasını çətinləşdirir. Pulsuz Wi-Fi istifadə edərkən bu təhlükələri nəzərə alaraq, şəxsi məlumatlarınızı və cihazlarınızı qorumaq üçün tədbir görmək vacibdir. Müvafiq təhlükəsizlik önləmləri ilə şəbəkə risklərini minimuma endirmək mümkündür./milliaz

Chosen
16
4
konkret.az

5Sources