EN

Azərbaycan futbolunda növbəti biabırçılıq: “Oyuna hakim göndərmək yaddan çıxıb”

Dünən U 15 liqasında keçirilməli olan EFA – “Qəbələ” görüşü baş tutmayıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb görüşün hakimlərinin matça gəlməməsi olub. Bu barədə “Qəbələ”nin məşqçisi Namiq Hacızadə feysbuk hesabından paylaşım edib.

O bildirib ki, çempionatı təşkil edənlər matçda hakim göndərməyi unudub. Bu səbəbdən Hacızadə oyun keçirilmədən Qəbələyə qayıtdıqlarını qeyd edib.

Chosen
33
idmanxeber.az

1Sources