EN

1 ay tamamlandı - İndi bu komandanın simasında nə görürük? - VİDEO

I Liqada 9-cu tur start götürüb.

"Baku Sportinq" Buzovnada "Difai"ni qəbul edib.

Millinin baş məşqçi Fernandu Santuşun canlı izlədiyi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Nəticəni ədalətli saymaq mümkündür. Noyabrın 11-də «fədailər»in sükanı arxasına keçən Xaqani Məmmədov 1 ayın tamamında ilk qələbəsini qazanıb.

«Mingəçevir»lə matçda 1 xala qane olan baş məşqçinin komandanı bu oyuna daha yaxşı hazırladığını söyləməliyik.

Hesab erkən açıldı. Bəşir Ayalovun cərimə zərbəsindən sonra qapı dirəyindən dönən topa birinci çatan Məhəmməd Arfa toru silkələyib.

Nigeriyalı vinger 71-ci dəqiqədə dublunu rəsmiləşdirib. Afrikalı legioner cinahda iki nəfəri keçən Xəyyam Məmmədlinin qapı önünə ötürməsini yaxın küncə fırladıb.

19 yaşlı Alfa het-trik də edə bilərdi. Onun yaxın məsafədən vuruşuna Cəfər Əlizadə əla reaksiya göstərib.

«Baku Sportinq»in heyətində ən yaxşı kim idi» deyə sual etsəz, biz tərəddüd etmədən Cəfərin adını çəkərik. Gənc qapıçı istər «çərçivə» önündə, istərsə də topa çıxışlarda diqqətli oynadı, iki-üç qurtarış etdi.

Təəssüf ki, Premyer Liqa məşqçiləri I Liqaya barmaqarası yanaşır. Etinasız münasibəti bir kənara qoysalar, Cəfər burada itib-batmaz.

Onun yeri elitadır, 1-2 ildən sonra istənilən ortabab komandanın «1 nömrə»si olmaq gücündədir.

Belə baxanda, Buzovna təmsilçisi pis komanda deyil. Bacarıqlı futbolçuları çoxdur.

Qış fasiləsində 2-3 transfer eləsələr, medallar uğrunda mübarizəyə qoşula bilərlər.

Onlarda çatışmayan başlıca xüsusiyyət komanda şəkli almamasıdır. Fərdi oyuna üstünlük verirlər, müdafiədə səhvlərə meyllidirlər.

«Difai»yə gəlincə… Liqada ikinci mövsümünü keçirən «fədailər»in yanaşması yavaş-yavaş dəyişir.

Hiss olunur ki, Xaqani Məmmədov fiziki hazırlıq üzərində çox dayanır. Bu cəhətdən «artırıblar».

Hərəkətlilik göz qabağındadır - daha 50-60-ci dəqiqədən sonra dayanıb durmurlar, hər topun arxasınca qaçırlar.

Yeni baş məşqçi taktiki plana da «əl gəzdirməyə» başlayıb. Üçüncü zonada pressinq - bu, artıq yenilikdir.

Digər bir fərq orta sahədə fəallıqdır.

Əvvəllər «Difai» yarımmüdafiə fazasında pərakəndə təsir bağışlayır, mərkəzdə çoxluq yarada, oyun qura və idarə edə bilmirdi. İndi bunların bir hissəsi var və yəqin ki, zaman keçdikcə, qalan çatışmazlıqlar da aradan qalxacaq.

Bu vacib qələbə sayəsində xallarını 8-ə yüksəldən "Difai" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 13 xalı olan "Baku Sportinq" isə 5-ci yerdədir.

SPORTİNFO.AZ

"Baku Sportinq" - "Difai" 0:2

Qollar: Muhamməd Alfa, 9; 71

Sarı vərəqələr: Şahin Balejai, 22 (qeyri-idman hərəkəti) // Seymur Əliyev, 8 (qeyriidman hərəkəti); Kristian Kamta, 33 (qeyri-idman hərəkəti)
Buzovna. Baku Sporting Arena. 30 tamaşaçı
Baş hakim: Ruslan Quliyev
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.

“Baku Sportinq”
1. Cəfər Əlizadə
10. Şahin Balejai
(3. Fərid Tağıyev, 76)
6. İsa Zeynallı
33. Luka Stevanoviç
37. Ruslan Süleymanov
7. Rəhman Quliyev
70. Asim Əliazdə (k)
22. Elcan Hafizli
11. Elvin Valiiev
12. Hüseyn Mürsəlov
4. Rəşad Həsənov
Ehtiyat oyunçular:
77. Şahin Zəkiyev
8. Nazim Bağırov
53. Xaqan Məmmədov
2. Ramil Rüstəmov
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

“Difai”
1. Sahib Həsənov
90. İlham Allahverdiyev
(77. Əli Mürsəlov, 65)
6. Əzəmət Ələkbərli
55. Seymur Əliyev (k)
27. Tolqar Yaqubov
73. Bəşir Ayralov
2. Seymur Rəhimov
8. Emil Quluzadə
(17. Riad Abbaszadə, 76)
9. Kristian Kamta
(3. Əbil Əbilov, 90+1)
32. Xəyyam Məmmədli
(10. Tahir Zeynalov, 76)
19. Muhamməd Alfa
(24. Rəvan Əvəzov, 90+1)
Ehtiyat oyunçular:
85. Nail Alışov
44. Sərcan Omarov
11. Sənan Ağayev
66. Arzu Atakişiyev
Baş məşqçi: Xəqani Məmmədov

Chosen
23
sportinfo.az

1Sources