EN

Hindistanda tarixi məscidin sökülməsi etirazlara səbəb olub

Hindistanın Uttar Pradeş əyalətində 185 illik tarixi olan Nuri məscidinin sökülməsi etirazlara səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Fatehpur bölgəsində yerləşən tarixi məscidin bir hissəsi magistral yola mane olduğu üçün buldozerlər tərəfindən sökülüb.

Dövlət rəsmiləri məscidin magistral yolu pozan hissəsinin qanunsuz olduğunu və buna görə də söküldüyünü iddia ediblər.

Yerli hökumət rəsmiləri isə məscid ərazisinin peyk və tarixi görüntülərinə istinad edərək, söküntü prosesinin qanunsuz olduğunu və bu iddiaların son 2-3 ildə ortaya atıldığını bildiriblər.

Məsələ ilə bağlı məscid rəhbərliyi məhkəməyə müraciət edib.

Məscidin bir hissəsinin sökülməsinə sosial şəbəkələrdə sərt reaksiya verilib.

Şəbnəm Mehdizadə
Chosen
21
e-huquq.az

1Sources