EN

Maduro yanvarın 10-da and içəcək

Maduro yanvarın 10-da and içəcək

Venesuela prezidenti Nikolas Maduro 2025-ci il yanvarın 10-da keçiriləcək mərasimdə and içəcəyini açıqlayıb.Dövlət televiziyası VTV-də gündəmlə bağlı qiymətləndirmələr aparan Maduro bütün tərəfdarlarını yanvarın 10-da andiçmə mərasimi üçün küçələrə çıxmağa dəvət edib.Venesuelanın yeni ildən başlayaraq böyük bir transformasiya və dəyişmə prosesinə girəcəyini bildirən Maduro, "Hamınızı Venesuela, müstəqillik, Bolivar vətəni üçün birləşməyə və bir yumruqda cəmləşməyə çağırıram" deyib.Oliqarxiyanın və imperializmin kuklası olmayacaqlarını vurğulayan Maduro "Hər cür intriqalara, hər cür sui-qəsdlərə və faşizmin hər cür hiylələrinə hazır olmalıyıq. Onları məğlub edəcəyik" ifadələrini işlədib.Qeyd edək ki, Milli Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.

Chosen
33
1
afn.az

2Sources