Böyük Nizami Gəncəvi barədə çoxsaylı tədqiqatlar aparıblar. Azərbaycan xalqının tarixinin bir parçası olan Nizaminin haqqında yüzlərlə, minlərlə araşdırma aparılsa da onun fəlsəfəsini, poeziyasını və elmini öyrəndikcə öyrənmək olar.
Çox maraqlıdır ki, onun ilk sevgisi, yeganə oğlu Məhəmmədin anası, qaynaqlarda Afaq-Appaq-Apağ kimi olan xanımı barədə ümumi məlumat verilir. Onun qıpçaq qızı olması fikiri daha çox üstünlük təşkil edir mənbələrdə, bəzi mənbələrdə isə onun kürd qızı olması yazılır. Əlbətdə, bütün qaynaq və mənbələr tam üzə çıxmadığı üçün Nizaminin əsərləri və tədqiqatçıları Apağ adını və onun türk qızı olmasını təsdiq edirlər. Məsəl üçün Nizaminin
Əgər türküm çadırdan gizlinə çəkildisə də,
Xudaya, türk balasını sən özün qoru-
-misrasını şair çox sevdiyi Apağın dünyadan köçməsindən bəhs açır, ona "türküm" deyir, Apağdan olan oğlu Məhəmmədi isə "türk balası" adlandırması şübhəsiz şəkildə onun xanımının milliyətini tam açıqlayır. Bəs Apağ necə oldu ki, Dərbənd hökmdarı Seyfəddin Müzəffərin qulu olub ki, onu sonradan Nizamiyə 1169-cu ildə hədiyyə göndərilib.
Qaynaqlarda rast gəldiyim ad Apağdır. O Qarabağın Bərdə şəhərinə yaxın bir ərazidəndir. Anası Gürcü çarı Demetreye hədiyyə göndərilib və orda da qulluqçu olub. Qızı dünyaya gələndə dərisinin ağ olmasına görə Apağ adını verib. Uşaq anadan olanda onun çiyinin sağ hissəsində Gürcü çarına məxsus qulluq möhürü vurulub və 12 yaşına qədər burda qalıb. Çarın onu hərəminə qatması barədə məlumat alan anası gecə ikən Apağı evdən çıxarıb qaçmağı tapşırıb və qız 10 gün meşə yolu ilə Dərbənd tərəfə gəlir. Yolda onu Dərbənd hökmdarının çobanları tapıb saraya gətiriblər.
Nizami Gəncəvinin analığı, ona süd verib böyütmüş Rəisə xanım rəhmətə gedəndən sonra onun depresiyya yaşamasını eşidən Dərbənd hökmdarı bir neçə hədiyyə ilə birlikdə Apağı ona hədiyyə göndərir.
Qeyd edim ki, Nizami analığı olan Rəisəni çox sevirdi, onun itkisi ona pis təsir etmiş idi. “Leyli və Məcnun” əsəriinin girişində olan
“Nə qədər ağlayıb yansa da ürək,
Anama dil verən varmıdır, görək?”
-misrası onun Anasına olan sevginin göstəricisi idi. Apağ hədiyyələr ilə birgə Gəncəyə gələndə Nizaminin anasının 40-günü idi və qız onun kədərinin aradan qalxmasına böyük təsir göstərmiş idi. Buna görə də Nizami Gəncəvi onunla evlənmək barədə qərar verəndə üzv olduğu “Əxilər” təşkilatı (bu barədə OXU yazımı- https://olke.az/read/24218/) ikisinin nigahına izn vermir və Gəncədə olan din xadimləri kəbin kəsməkdən imtina edirlər. Bundan qəzəblənən Nizami öz kəbinin özü kəsmiş və Apağla ailə qurmuş idi. Onların övladı Məhəmməd anadan olandan sonra Apağ ağır doğum keçirdiyi üçün xəstəlik keçirir və nəticədə 1180-cı ildə rəhmətə gedir. Bundan sarsılan Nizami Gəncəvi
“Xosrov və ġirin” əsərinin sonunda yazır:
Qıpçaq bütüm təki ox kimi süzdü,
Apağ sevgilimin sanki özüydü”
Bəzi tədqiqatçılar hesab edirlər ki, Nizami Gəncəvinin əsərlərində yaratdığı Şirin, Nüşabə obrazları sevdiyi xanımı Apağa həsr edilib.
Zaur Əliyev, tarixçi alim