EN

Bu il həlak olan 54 jurnalistin 18 nəfəri Qəzzada öldürülüb

Yazını böyüt
Yazını kiçilt

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) dərc etdiyi illik hesabata görə, 2024-cü ildə dünya üzrə 54 jurnalist öz peşə fəaliyyətlərini yerinə yetirərkən öldürülüb.

Hafta.az-ın yazdığına görə, hesabatda jurnalistlərin üçdə birinin İsrail ordusu tərəfindən qətlə yetirildiyi bildirilib.

Məlumata görə, İsrail ordusu bu il Qəzzada 16, Livanda isə 2 nəfər olmaqla ümumilikdə 18 jurnalisti qətlə yetirib.

RSF-nin hesabatında "son beş ildə Fələstində hər hansı digər ölkədəkindən daha çox jurnalistin öldüyü" və "Fələstinin jurnalistlər üçün ən təhlükəli ölkə olduğu" vurğulanıb.

RSF qeyd edib ki, 2023-cü ilin oktyabrında İsrailin Qəzzaya hücumları başlayandan bəri ümumilikdə 145-dən çox jurnalist İsrail ordusu tərəfindən öldürülüb.

Bu arada, Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) da 2024-cü ildə dünya üzrə 104 jurnalistin öldürüldüyünü, onların yarıdan çoxunun Qəzzada həlak olduğunu bildirib.

IFJ və RSF ölüm saylarını hesablamaq üçün iki fərqli metodologiyadan istifadə edir. RSF-in siyahısına yalnız birbaşa peşə fəaliyyətini yerinə yetirərkən qətlə yetirilən jurnalistlər daxildir.

Chosen
47
44
hafta.az

10Sources