EN

AFFA-dan "unudulan hakim"lə bağlı rəsmi açıqlama verildi

AFFA U-15 Liqasında dünən keçirilməli olan EFA - “Qəbələ” oyununa hakim göndərməyi unudub. Bu barədə “Qəbələ” akademiyasının keçmiş üzvü Namiq Hacızadə "Facebuk" hesabında paylaşım edib. O bildirib ki, hər iki komanda meydançaya gəlsə də, hakim olmadığından qarşılaşma təxirə salınıb.  

AFFA-nın mətbuat xidmətindən Fanat.Az-a məlumatı təsdiqləyiblər: 

“Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq”.

Qeyd edək ki, “Qəbələ” komandası matça görə Bakıya gəlib və saat 16:30-a qədər gözləsə də, referi gəlib çıxmayıb. Məlum olub ki, ümumiyyətlə oyuna təyinat edilməyib.

Mirağa

Chosen
31
6
fanat.az

7Sources