“Məktəblərdə vətəndaş şikayətləri olur. Hər bir hal araşdırılır”. Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. “Məktəblərdə zorakı hallar olmasına gəlincə, 1 milyon 500 min şagird arasında xoşagəlməz hallar da qaçılmazdır. Hüquq pozuntusu formasında hal olursa, bununla aidiyyəti qurumlar məşğul olurlar”, - deyə E.Əmrullayev bildirib. Nazir, həmçinin şagird sayı az olan məktəblərin bağlanması iddialarına da aydınlıq gətirib: “Sadəcə elə məktəblər var ki, cəmi 2-3 şagirdi var. Həmin şagirlərin keyfiyyətli təhsil alması üçün bəzi məktəblər birləşdirilir”.