EN

Samux rayonunda Ulu öndərin əziz və parlaq xatirəsi böyük ehtiramla yad edilib

Samuxda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Anım günündə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Samux şəhər Heydər Parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğundakı fəaliyyətindən bəhs edib.

Bildirilib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son 21 il ərzində ölkəmizdə misilsiz işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib.

Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, müdrikliyi ilə milyonlarla insanı öz ətrafında birləşdirməyi bacaran, dahi şəxsiyyət, Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcək. 

"Cebheinfo.az"

Chosen
25
2
cebheinfo.az

3Sources