Bakıda 20 yaşlı qadın dəm qazından boğulub.
AzEdu.az xəbər verir ki, hadisə dekabrın 11-i saat 9 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Elnurə Vilayət qızı Abbasova qəsəbə ərazisində Ü.Hacıbəyov küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.