Bakıda 30 yaşlı qadın dəm qazından boğulub.
APA xəbər verir ki, hadisə dekabrın 11-i saat 9 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Elnurə Vilayət qızı Abbasova qəsəbə ərazisində Ü.Hacıbəyov küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Binəqədi rayonunda isə dekabrın 12-də gecə saat 1 radələrində 1966-cı il təvəllüdlü İbrahimova Vəfa Nəcəf qızı dəm qazından boğulub.
Hadisə 28 May qəsəbəsində evdə baş verib.
58 yaşlı qadın evin hamamında dəm qazından zəhərlənərək ölüb.