EN

“Bazarstore” bu qaydaları pozduğuna görə cərimələnə bilər

“Bazarstore” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “Bazarstore”un İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Sözügedən marketlər şəbəkəsi ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 20 dekabr tarixində hakim Zamin İbrahimovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Bazarstore” MMC-nin direktoru İbrahim Səmədidir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Chosen
21
tribunainfo.az

1Sources