EN

“Suriyanın keçid hökumətinin tanınmasından danışmaq tezdir”- Aİ diplomatiyasının rəhbəri

Suriyanın keçid hökumətinin tanınması və ya bu ölkədə hakimiyyəti ələ keçirmiş Heyət Təhrir əl-Şama qarşı sanksiyaların ləğvindən danışmaq hələ tezdir.

Azpost.info xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

“Lakin belə mövqe danışıqlara mane olmamalıdır. Bu məsələ həqiqətən ilkin mərhələdədir və hökumətin tanınması ilə bağlı deyil. Daha doğrusu, bu, Suriyanın hərəkətlərinin və istiqamətinin qiymətləndirilməsidir”, – Kallas “The Guardian”a bildirib.

Onun fikrincə, Aİ-də suriyalı sığınacaq axtaranlarla bağlı ümumi yanaşmaya ehtiyac var. Kallas əlavə edib ki, Aİ-nin sığınacaq qaydalarına hörmət edilməlidir.

Azpost.info

Chosen
23
azpost.info

1Sources