EN

Maduro and içəcək

Venesuela Prezidenti Nikolas Maduro 2025-ci il yanvarın 10-da keçiriləcək mərasimdə and içəcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, dövlət televiziyası VTV-də gündəmlə bağlı qiymətləndirmələr aparan Maduro bütün tərəfdarlarını yanvarın 10-da andiçmə mərasimi üçün küçələrə çıxmağa dəvət edib.

Venesuelanın yeni ildən başlayaraq böyük bir transformasiya və dəyişiklik prosesinə girəcəyini bildirən Maduro "Venesuela üçün, müstəqillik üçün, Bolivar vətəni üçün və bir yumruqda birləşmək üçün  hamınızı birlik olmağa çağırıram",-deyib. 

Oliqarxiya və imperializmin kuklası olmayacaqlarını vurğulayan Maduro deyib: "Hər cür intriqalara, hər cür sui-qəsdlərə və faşizmin hər cür hiylələrinə hazır olmalıyıq. Onları məğlub edəcəyik". 

Chosen
25
1
cebheinfo.az

2Sources