EN

Dünyanın ən gözəl qatar stansiyası AÇIQLANIB

Alp gölləri ilə məşhur olan tarixi Salzkammerqut bölgəsində yerləşən Sent Volfqanqdakı qatar stansiyası dünyanın ən gözəl qatar stansiyası kimi UNESCO-nun Versal mükafatını alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Der Standard” qəzeti məlumat yayıb.

Stansiya Volfqanq kurortunun mərkəzini (dəniz səviyyəsindən 542 m yüksəklikdə) Şafberq dağının zirvəsi yaxınlığındakı stansiya ilə (1782 m) birləşdirən dar diametrli dişli çarxlı dəmir yolundan sərnişinləri qəbul edir.
Marşrut Yuxarı Avstriya federal əyalətindən başlayır və onun son nöqtəsi Zalsburq əyalətində yerləşir. Xətt 1893-cü ildə fəaliyyətə başlayıb.

Mükafat qazanan yeni stansiya binası 2023-cü ildə tamamlanıb. Yaxınlıqdakı Volfqanqsee gölünə baxan panoramik pəncərələrə malikdir.
İki mərtəbəli stansiya binaları taxta, şüşə və polad konstruksiyalardan istifadə etməklə tikilir. Binanın özəlliyi onun dalğavari damıdır.

Chosen
14
ucnoqta.az

1Sources