EN

Xarici ticarət dövriyyəsinin həcmi açıqlandı

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasınınhüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları iləticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixracolunub, 162 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, gömrük orqanlarındaqeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başaçatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistikqiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilinyanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 38412,7milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 21776,3 milyon dollarını və ya 56,7faizini ölkədən ixrac olunmuş məhsulların, 16636,4 milyon dollarını(43,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə5139,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarətdövriyyəsi faktiki qiymətlərlə 100 faiz təşkil edib, real ifadədəisə 3,9 faiz, o cümlədən idxal 0,4 faiz, ixrac 5,9 faiz azalıb.2024-cü ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarınınixracı 2807,5 milyon dollar təşkil edib və 2023-cü ilinyanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 3,5 faizartıb, real ifadədə isə 9,1 faiz azalıb.

Chosen
39
31
az.trend.az

10Sources