EN

“Xoşbəxt xalqıq ki, Allah bizə Heydər Əliyev kimi fenomen şəxsiyyəti lütf edib” – Xalq şairi

“Görün, nə qədər xoşbəxt, bəxtəvər xalqıq ki, Allah bizə ömrünü xalqına, dövlətinə həsr edən, Azərbaycan üçün yaşayan Heydər Əliyev kimi nurlu və fenomen şəxsiyyəti lütf edib. Nəinki bu gün, əbədi olaraq Ulu öndəri dərin hörmət, sonsuz sevgi və ehtiramla yad edəcəyik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ümummilli Lider Heydər Əliyevin anım günündə Xalq şairi Vahid Əziz deyib.

Xalq şairi fikirlərini belə ifadə edib:

“Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin adı müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş fenomen şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi əbədi həkk olunub. Xoşbəxtəm ki, belə bir dahi şəxsiyyətin dövründə yaşamışam, çalışmışam, onun diqqət, qayğısını görmüşəm. Mən Heydər Əliyevdən insanlara diqqət, qayğı göstərməyi, Vətənə sonsuz sevgini, Azərbaycançılığı, dilimizə, dövlətçiliyimizə hörməti öyrənmişəm”.

Onun sözlərinə görə, dahi şəxsiyyətin keçdiyi şanlı-şərəfli həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə əks etdirən nümunəvi məktəbdir:

“Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə intibah, milli tərəqqi, milli oyanış, eyni zamanda, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Ulu Öndərin bu gün ruhu şaddır. Çünki onun siyasəti varisi və layiqli davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada tanınan qalib, güclü, qüdrətli, sarsılmaz dövlətə çevrilib. Zəfər çalmış qalib ölkənin şairi kimi Ulu Öndərə həsr etdiyim “Heydərdən öyrəndim bu ləyaqəti” şeirimi oxucularınızla bölüşürəm:

Ölçüsü bilinməz bu səadətin,
Öndərim, dünyaya vaxtında gəldin.
Var ol, Ulu Tanrım, var ol, millətim,
Var ol ki, Heydəri qoruya bildin!

Satqınlıq, iftira, dost xəyanəti,
Heydər bu dünyada nələr görmədi?!
Heydərdən öyrəndim bu ləyaqəti,
Namərd ayağına mərdi vermədi!

Çağdaş Azərbaycan ölməz əsəri,
Vətənə məhəbbət tək amalıydı.
Heydər – öz yurdunun sadiq əsgəri,
Türkün ən qüdrətli generalıydı!

O qədər doğmadır xatirələri,
Sönməyən günəşdir, odlu çıraqdır.
Güc verər hər kəsə nurlu əlləri,
Heydərin ruhu da xalqa dayaqdır!

Cəvahir

Chosen
21
yenicag.az

1Sources