EN

Lukaşenkodan "Oreşnik" raketləri ilə bağlı QƏRAR

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Oreşnik” raket kompleksinin ölkə ərazisində yerləşdirilməsini təmin etməyi, eləcə də ondan istifadəni planlaşdırmağı tapşırıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu respublika müdafiə nazirinin birinci müavini Pavel Muraveyko bildirib.

Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Muraveyko ölkə prezidentinin əmrinin kompleksin yerləşdirilməsi və istifadəsi ilə bağlı olduğunu açıqlayıb.

Belarus müdafiə nazirinin müavinindən respublikaya verilən sistemlərin sayı barədə də soruşulub. "Bunu yalnız Rusiya prezidenti bilir" - deyə Pavel Muraveyko cavab verib.

Chosen
36
1
ikisahil.az

2Sources