EN

Azərbaycanın bu rayonunda böyük işlər görülür - İnşası bu tarixdə yekunlaşacaq

"Şimal-Cənub" layihəsi ilə bağlı bizim Rusiya və İran dəmir yolları ilə görüşlərimiz olub.

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

"Keçən ay Daşkənddə Rusiya dəmir yolları qurumunun rəhbəri ilə görüşəndə də bu məsələ ətrafında müzakirələr apardıq. Növbəti il yalnız Şimal-Cənub deyil, həm də Cənub-Şimal istiqamətində də yük daşımaları planlaşdırılıb. Gələn həftə İran dəmir yollarının rəhbəri ilə görüşümüz gözlənilir. Ötən ay İranda olarkən qəbul etdiyimiz fəaliyyət planına uyğun olaraq, Astara terminalında işlərin yekunlaşdırılması üzərində çalışırıq. Fəaliyyət planına görə, gələn il artıq Astara terminalı tam yekunlaşacaq və bu istiqamətdə bizim yükaşırma qabiliyyətimiz 4 milyon tona çatmış olacaq", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
11
olaylar.az

10Sources