EN

Kəskin respirator xəstəliklərin yayılması halları müşahidə olunur -Vüqar Qurbanov

Kəskin respirator xəstəliklərin mövsümi xarakter olaraq yayılması halları müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin İcraçı direktoru (TƏBİB) Vüqar Qurbanov deyib.

"Hazırda havaların soyuq olması ilə bağlı təcili tibbi yardım və poliklinika xidmətlərinə müraciətlərdə kəskin artım yoxdur. Kəskin respirator xəstəliklərin mövsümi xarakter olaraq yayılması halları müşahidə olunur. Amma xəstəxanalarda doluluq faizi, tibb müəssisələrinə müraciət faizi normal səviyyədədir. Yəni bununla bağlı kəskin artım müşahidə olunmur, - deyə o vurğulayıb.

Chosen
17
2
ikisahil.az

3Sources