EN

Havaların soyuması ilə əlaqədar poliklinika və təcili yardıma müraciət edənlər nə qədərdir?

Havaların soyuması ilə əlaqədar Təcili Tibbi Yardıma və poliklinikalara müraciət edənlərin sayında kəskin artım yoxdur. Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in sədri Vüqar Qurbanov deyib. 
 
"Havaların soyuması ilə bağlı təcili yardıma və poliknikalara müraciətlərin sayında kəskin artım yoxdur. Sadəcə kəskin resperatur xəstəliklərin mövsümü xarakter olaraq yayılması halları müşahidə olunur. Xəstəxanalarda doluluq faizi normal səviyədədir. Demək olar ki, kəskin artım müşahidə olunmur", - Qurbanov deyib. 
 
Gülnar Nazimqızı  

www.anews.az
Chosen
35
anews.az

1Sources