EN

Dəməşqə ilk girən Colani və onun dəstəsi deyildi, cənubdan gələnlər idi - ŞOK MƏLUMATLAR

Suriyada yeni mərhələ: druzlar, cənub üsyanı və Əsədə qarşı güclərin qarşıdurması

Suriyada cərəyan edən hadisələr dünya gündəmində ilk yerini qoruyub, saxlayır. Bəşər Əsəddən sonrakı Suriya nə olacaq - indi hər kəs bu sual ətrafında müzakirə aparır, təhlil yazır.

Tanınmış ekspert Kənan Rövşənoğlu bu mövzuda Musavat.com üçün qısa analiz hazırlayıb. Onu təqdim edirik:

- Suriyada Bəşər Əsədin devrilməsi prosesində çox incə bir detal oldu. Çox az diqqət edildi buna.

Dəməşqə ilk girən Colani və onun dəstəsi deyildi, cənubdan gələnlər idi.

Bilənlər bilir ki, cənub Suriyada əsasən xristianlar - Dəra tərəfdə - və druzlar - Suveyda vilayətində, yəni İordaniya sərhədində - yaşayır. Hətta qədimdə burda druz dövləti olub.

Bəşər Əsəd 2017-ci ildə İordaniya ilə sərhədi nəzarətə götürdükdən sonra orda problem yox idi. Yalnız bir neçə ay əvvəl xırda etirazlar oldu druzlar tərəfdə.

Amma HTŞ Hələbi ələ keçirib Hamaya girəndə qəflətən cənubda üsyan başladı və çox tezliklə - 2 gün ərzində - Suriyanın cənubu üsyançıların nəzarətinə keçdi. Gəlib dirəndilər Dəməşqin qapılarına.

Şərqdən isə Tənəf silahlıları HTŞ gəlmədən Dəməşqə gəldi.

Hələlik ortada Colani var, amma bu qüvvələr kimdir, nə istəyir, tam bilinmir.

Druzların İsraillə ittifaqı: reallıq, yoxsa mif?

Druzların İsrail ilə ittifaqda olduğu iddiaları səslənsə də, bu barədə rəsmi təsdiq yoxdur. Bununla belə, druzların üsyana qoşulması və İsraillə potensial əlaqələri bölgədəki güc balansını dəyişə bilər. Bu, Əsəd rejiminin qalan qüvvələrinə və müxalifətə əlavə təzyiq yaradır.

Qələbədən sonra qarşıdurma qaçılmazdır?

Analitiklər hesab edir ki, hazırda müxalif qüvvələr arasında “qələbə sərxoşluğu” müşahidə olunur. Lakin yaxın gələcəkdə bu qüvvələr arasında fikir ayrılıqları və maraq toqquşmaları baş verə bilər. Üç mümkün ssenari nəzərdən keçirilir:

Colani üstünlük əldə edərək digər qüvvələri neytrallaşdırır. Birgə düşmənə qarşı yeni koalisiya yaradılır. Silahlı qruplar arasında genişmiqyaslı müharibə başlayır.

Əsas risk: silahlı qrupların qarşıdurması

Suriyanın gələcəyini müəyyən edəcək əsas amil silahlı qruplar arasındakı münasibətlərdir. Silahsız müxalifət yalnız siyasi legitimlik və hakimiyyət bölgüsündə iştirak edəcək. Lakin silahlı qruplar arasındakı hərbi qarşıdurmalar Suriyanın yeni bir fəlakət mərhələsinə keçidini sürətləndirə bilər.

Bu analiz Suriyada baş verən yeni hadisələrin dərinliklərini və onların potensial nəticələrini işıqlandırır. Əsəd rejiminin zəifləməsi ilə ortaya çıxan yeni güclər balansı ölkənin gələcəyi üçün həlledici olacaq.

Chosen
12
1
turkustan.az

2Sources