EN

Belarusun da “Oreşnik”i olacaq

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Oreşnik” raket kompleksinin ölkə ərazisində yerləşdirilməsini təmin etməyi, habelə ondan istifadəni planlaşdırmağı tapşırıb.

Editor.az xəbər verir ki, bu barədə respublika müdafiə nazirinin birinci müavini Pavel Muraveyko bildirib. Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Muraveiko ölkə prezidentinin yeganə göstərişinin kompleksin yerləşdirilməsi və istifadəsi ilə bağlı olduğunu açıqlayıb.

Belarus müdafiə nazirinin müavininə respublikaya verilən sistemlərin sayı barədə də sual verilib. “Bunu yalnız Rusiya prezidenti bilir” – deyə Pavel Muraveyko cavab verib.

//Samir Qurbanov, Editor.az

Chosen
26
1
editor.az

2Sources