EN

Azərbaycan bu il ən çox qızıl alır

Azərbaycan artıq yeddinci aydır ki, ard-arda xaricdən iri həcmli qızıl alışını davam etdirir.

Banker.az xəbər verir ki, 2024-cü ilin aprelindən oktyabr ayına qədər ümumilikdə  27 176 kiloqram həcmində qızıl idxal edilib və bu qızılın idxal dəyəri 2 milyard 122.9 milyon ABŞ dolları həcmində olub.

Qızıl dünya banklarının 2022-ci ildən bu tərəfə tətbiq etdiyi sərt monetar siyasətin yavaş-yavaş cari ilin əvvəlindən etibarən endirməsi və geosiyasi risklərin artması fonunda bahalaşmaqdı. Sarı metal 2024-cü ildə tarixi rekord səviyyə olan bir unsiya üçün 2800 dollara qədər bahalaşdı. Qızılın bahalaşmasında digər məsələ isə iri mərkəzi bankların onu alması oldu.

4244234

Banker.az-ın hesablamasına əsasən təkcə oktyabr ayında ölkəyə 3 318 kq (289.09 mln. dollar) hcəmində qızıl gətirilib. Qızılın bir kiloqrama düşən orta dəyəri 87 130 dollar və ya unsiya üçün 2 470 dollar olub. Bununla da qızıl hazırda Azərbaycanın idxalında ən çox paya malik olan məhsuldur. Ölkə ilin ilk 10 ayında ümumilikdə 16 mlrd. 636.39 mln dollarlıq məhsul idxal edib. Göründüyü kimi bunun da 13 faizi qızılın payına düşür. Bununla da son 15 ildə olan açıq məlumatlara əsaslansaq, ən iri həcmli qızıl alışı həcmidir.

Azərbaycan özü cari ilin ilk 10 ayında 2 167 kq həcmində qızıl istehsal edib, 3 464 ton həcmində ($163.38 mln.) ixrac edib.

23423

Chosen
25
banker.az

1Sources