EN

Belarusun Bıxovski Zavodu Azərbaycanın ixrac bazarına girməyi planlaşdırır

Belarusun Bıxovski Konserv Zavodunun məhsullarının Azərbaycan, Qazaxıstan və Rusiyaya satışının təşkili ilə bağlı danışıqlar aparılır.

Fins.az, bu barədə Belarusun yerli mətbuatına istinadən xəbər verir.

Mogilev vilayət İcraiyyə Komitəsinin sədri Anatoli İsaçenko bildirib ki, bu il zavod yeni avadanlıq alıb və bu, istehsal həcmini 3,8 dəfə artırmağa imkan yaradıb.

Həmçinin, şirə və nektarların istehsalı üçün tetrapak xəttinin alınması və uşaq qidası üçün nəzərdə tutulmuş konservlərin istehsalı da planlaşdırılır.

Yeni layihələr nəticəsində 30-a yaxın yeni iş yerinin yaradılacağı gözlənilir.

Chosen
12
fins.az

1Sources