EN

KİV: Fransa Ukraynaya qoşun göndərmək üçün koalisiya toplayır

Avropa ölkələri arasında Ukraynaya qoşun göndərilməsi ilə bağlı konsensus yoxdur, ona görə də Fransa hərəkətə keçməkdə qərarlı olan beş-səkkiz dövlətdən ibarət koalisiya yaratmaq istəyir.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” Fransa diplomatik mənbəsinə istinadən məlumat yayıb. 

Bu gün Polşanın baş naziri Donald Tusk prezident Emmanuel Makronu Varşavada qəbul edəcək, onlar Avropa qoşunlarının Rusiya Federasiyası ilə sülh sazişi bağlanacağı təqdirdə yaradıla biləcək demarkasiya xəttinə göndərilməsi imkanlarını müzakirə edəcəklər:

"İki liderin görüşü zamanı gündəmin əsas məsələsi Ukrayna olacaq və bunu necə etmək olar ki, müqavimət göstərə bilsin və danışıqlar üçün ən yaxşı vəziyyətdə olsun".

Beş avropalı diplomat jurnalistlərə bildirib ki, Paris və London ötən ay Avropa qoşunlarının Ukraynaya göndərilməsi perspektivini müzakirə ediblər və Ukrayna tərəfi Baltikyanı və Skandinaviya ölkələri ilə də analoji danışıqlar aparıb. Həmsöhbətlər qeyd ediblər ki, o vaxt Varşava hərbi kontingent göndərməyə hazır olan ölkələr siyahısına daxil edilməyib.

Avropanın yüksək rütbəli rəsmisi qeyd edib ki, Rusiya Ukraynada müharibə bitdikdən sonra da Avropanın təhlükəsizliyini təhdid edəcək, ona görə də ölkələr sadəcə olaraq onun təhlükəsizliyini təmin etməlidirlər:

"Başqa seçimimiz varmı? Düşünürəm ki, Avropanın təhlükəsizlik zəmanətlərinin həyata keçirilməsində və bütövlükdə Avropanın sekyuritləşdirilməsində fəal iştirakının olmadığı heç bir inandırıcı ssenari yoxdur".

Samir

Chosen
52
43
hit.az

10Sources