EN

Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq

Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunacaq.

Kulis.az xəbər verir ki, “Şöhrət” ordenli, Xalq artisti Şüküfə Yusupovanın rol aldığı bu psixoloji tamaşada oğlunu müharibədə itirmiş tənha ana obrazı canlandırılır.

Bəşəri problem olan müharibə və onun bir qadının taleyinə sarsıdıcı təsirinin obrazlı şəkildə təsvir olunduğu tamaşada həm də xatirələrə sığınan ananın Vətən sevgisi, övlad məhəbbəti xüsusi həssaslıqla diqqətə çatdırılır.

Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmmədov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Chosen
41
6
kulis.az

8Sources