EN

Tərtərdə Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb

Dekabrın 12-də Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlara, kitablara, foto və sənədlərə baxış keçirilib. Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Qeyd edilib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

Chosen
14
2
yeniazerbaycan.com

3Sources